“Azərmarka” MMC “Azərpoçt” MMC-yə birləşdirilir - Yeni qərar

15:28 - 23.07.2021


23 iyul, Fineko/abc.az. “Azərmarka” MMC “Azərpoçt” MMC-yə birləşdirilir.

ABC.AZ-ın məlumatına görə, buna əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ hüquqi aktlara uyğun olaraq “Azərpoçt” MMC yenidən təşkil ediləcək.

Bundan sonra “Azərmarka” “Azərpoçt”un struktur bölməsi kimi fəaliyyət göstərəcək. Onun bütün hüquq və öhdəliklərini hüquqi varisi olan “Azərpoçt” MMC yerinə yetirəcək.

Məqsəd nazirliyin strukturuna daxil olan və olmayan qurumlarının fəaliyyətinin optimallaşdırılması, səmərəliliyin artırılması və resurslardan ümumi istifadənin təmin olunmasıdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər