Prezident Baş Qərargah rəisi təyin etdi - Sərəncam

16:13 - 23.07.2021


23 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev müdafiə nazirinin müavini Kərim Vəliyevlə bağlı Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, sərəncama əsasən general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Qeyd edək ki, daha öncə Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov olub. O, 1993-2020-ci illərdə bu postda olub.

 

Bütün xəbərlər