Ağstafada su təchizatının yaxşılaşdırılması üçün 4,6 milyon manat ayrılıb

12:10 - 30.03.2018


30 mart, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.

Sərəncama  əsasən, Ağstafa şəhərində su təchizatının yaxşılaşdırılması üçün 2018-ci il dövlət büdcəsinin investisiya xərclərindən “Azərsu” ASC-nə 4,6 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamdan irəli gələn məsələlərin maliyyələşdirilməsi, Nazirlər Kabinetinə isə digər məsələlərin həll edilməsi tapşırılıb.

 

Bütün xəbərlər