“Azərsu” Binəqədi rayonunda yeni layihənin icrasına başlayır

12:16 - 26.07.2021


26 iyul, Fineko/abc.az. “Azərsu” ASC Binəqədi rayonunda yeni layihənin icrasına başlayıb.

Cəmiyyətdən ABC.AZ-a verilən məlumata görə, rayonun Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı və Mikayıl Ələkbərov küçələrində inşa edilən yeni kanalizasiya kollektoru burada formalaşan tullantı sularının ekoloji tələblərə uyğun  idarə olunmasını təmin edəcək, eyni zamanda yağıntılar zamanı subasma hallarının qarşısını alacaq. 

2000-ə yaxın evi əhatə edəcək yeni layihənin icrasının növbəti yağış mövsümünə qədər başa çatdırılması planlaşdırılır.

 

Bütün xəbərlər