AAAF-İnşaat məhkəməyə verildi

14:52 - 26.07.2021


26 iyul, Fineko/abc.az. AAAF-İnşaat Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.

ABC.AZ Banker-ə istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı ASC” tərəfindən kredit müqaviləsi üzrə mübahisələrlə bağlı şirkətə qarşı Binəqədi rayon məhkəməsində iddia qaldırılıb.

AAAF-İnşaat MMC ilə birlikdə Ə.Nuranə də məhkəmə prosesində cavabdeh qismində çıxış edəcək. İş hakim Fuad Abdıyevin icraatına verilib.

Qeyd edək ki, AAAF-İnşaat MMC Tofiq Heydərova məxsusdur.

 

Bütün xəbərlər