Son günlərdə yoluxma faizi 5 faizə çatır - TƏBİB narahatdır

16:05 - 26.07.2021


26 iyul, Fineko/abc.az. Son günlərdə yoluxmaların sayında kəskin artım var.

ABC.AZ-ın məlumatına görə, bunu brifinqdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, iyulun 25-də 386 yoluxma faktı qeydə alınıb.

"İyunun sonunda yoluxma faizləri 1 faizdən aşağı idi. Bu, çox yaxşı göstərici idi. Son günlərdə yoluxma faizi 5 faizə çatır. Bu, çox ciddi artımdır. 30-39 yaş aralığında yoluxma sayı daha çoxdur. Yoluxanların 54 faizi Bakının payına düşür" deyə Y.Qarayeva bildirib.

 

Bütün xəbərlər