Qazaxıstanın Azərbaycana olan borcu açıqlanıb

17:28 - 26.07.2021


26 iyul, Fineko/abc.az. 2021-ci ilin aprelin 1-nə Qazaxıstanın xarici dövlət borcu 164,1 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin əvvəli il müqayisədə 0,5% çoxdur.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Qazaxıstanın xarici borcunun 93,1%-i uzunmüddətli (1 ildən çox) xarici borcun payına düşür.

Ölkənin xarici borcunun 79%-i ABŞ dollarındadır.

Ölkələrə gəldikdə, cari ilin aprelin 1-nə Qazaxıstanın Azərbaycana xarici borcu 55,8 mln. dollar təşkil edir.

Bu 2021-ci ilin yanvarın 1-nə olan göstəricidən 30,8% çoxdur. Struktura gəldikdə, ölkənin Azərbaycana olan borcunun 24,8 mln. dolları bank sektorunun payına düşür. 21,1 mln. dolları digər sektorlar, 9,9 mln. dollarını isə şirkətlərarası borclar təşkil edir.

 

Bütün xəbərlər