Naxçıvan iqtisadiyyatı 1 faiz artıb – Hesabat

10:04 - 27.07.2021


27 iyul, Fineko/abc.az. 2021-ci ilin ilk yarım ilində Naxçıvan Muxtar Rspublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 328 milyon 275 min manat olub.

ABC.AZ-ın məlumatına görə, bu da bir il öncəki göstəricidən 0,5 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 faiz artaraq 2875,7 manat olub.

"Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,2 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 58 faiz təşkil edib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin ilk yarım ilində sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 0,4 faiz, kənd təsərrüfatı məhsulu 3 faiz, nəqliyyat sektorunda yük daşınması 0,3 faiz, informasiya və rabitə xidmətləri 8,2 faiz artıb", - deyə Naxçıvan iqtisadiyyatı ilə bağlı məlumatda qeyd olunub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər