İcbari və könüllü sığorta növləri üzrə hesabatlar açıqlanıb

12:27 - 27.07.2021


27 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 304,513 milyon manat sığorta haqqı toplanılıb.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-iyun aylarına nisbətən 11,1% çoxdur.

Ötən 6 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 11,8% artaraq 147,853 milyon manata düşüb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 183,663 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 19,25% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 88% artaraq 64,536 milyon manata çatıb.

 

Bütün xəbərlər