Ən az sığorta haqqı toplamış şirkətlər - 6 ayın hesabatı

10:41 - 28.07.2021


28 iyul, Fineko/abc.az. 6 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri bazara yeni daxil olmuş “Meqa Həyat Sığorta” (236 min manat), eləcə də "Naxçıvan Sığorta" (1,026 milyon manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (1,874 milyon manat), “Bakı Sığorta” (2,233 milyon manat) və “Xalq Həyat Sığorta” (2,474 milyon manat) ASC-lərdir.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, adları çəkilən şirkətlər ümumilikdə 7,843 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1,7%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 86,465 milyon manat (19,1%) təşkil edib.

 

Bütün xəbərlər