Azərbaycanda turizmlə bağlı yeni qurum

16:21 - 28.07.2021


28 iyul, Fineko/abc.az. Azərbaycanda turizm sektorunun təmsilçiləri “Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası” adlı yeni təşkilat yaradıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə yeni yaradılan qurumun həmtəsisçilərindən biri Nizaməddin Hüseynzadə məlumat verib.

Onun sözlərinə gərə, hazırda ölkədə turizm sektorunun inkişafı üçün böyük imkanlar var: “Pandemiya istər Azərbaycanda, istərsə də dünyada bu sahəyə ciddi ziyan vursa da, artıq turizm sektorunun inkişaf prosesi gedir və bu sektora maraq göstərən təsisatların sayı da artır. QHT-nin yaradılması bu tendensiyanın real ifadəsidir.

Ədliyyə Nazirliyinin təsdiq etdiyi təşkilat hüquqi və fiziki şəxslərin birliyini təşkil edəcək”.

 

Bütün xəbərlər