Neft bahalaşmaqda davam edir, Brent barrel başına $74.99-dır

10:04 - 29.07.2021


29 iyul, Fineko/abc.az. ABŞ-da enerji ehtiyatlarının azalması ilə bağlı rəsmi məlumatlar fonunda dünən yüksəldikdən sonra, etalon markaların qiymətləri cümə axşamı ticarətində artmağa davam edir.

ABŞ - ın Energetika Nazirliyinin məlumatına görə, ötən həftə ölkədə neft ehtiyatları 4,1 mln. barel azalaraq, 2020 - ci ilin yanvar ayından minimum səviyyəyə enib, benzin 2,3 mln. barel, distillatlar isə 3,1 mln. barel azalıb.

Saat 9:20-də London ICE Futures birjasında ticarətdə Brent neftinin sentyabr fyuçersi $0,25 (0,33%) – barel başına $74.99-ə yüksəldi. 28 iyul ayının nəticələrinə görə, Brent neftinin sentyabr fyuçersləri bir barelə $0,26 (0,35%) - $74,74 qiymətinə yüksəldi.

Saat 9:20-də Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin sentyabr fyuçersinin qiyməti $0,25 (0,35%) – barel başına $72,64-ə yüksəldi. İyulun 28 - də hərracların nəticələrinə görə, sentyabr ayı üçün WTI-nin fyuçersinin qiyməti $0,74 (1,03%) artaraq barel başına $72,39-a çatıb.

 

Bütün xəbərlər