330x110
 

Facebook istifadəçiləri artıb

29.07.2021,11:19


29 iyul, Fineko/abc.az. "Facebook" sosial şəbəkəsindən istifadə edənlərin sayı 2,9 milyardı ötüb.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin ilin ikinci rübə dair hesabatında xəbər verilib.

Qeyd olunub ki, göstərici ötən illə müqayisədə 7 faiz daha çoxdur.

2021-ci ilin iyun ayında 1,91 milyard insan təkcə "Facebook" sosial şəbəkəsindən, dünyada təxminən 3,51 milyard insan isə şirkətin “Instagram”, “Messenger” və “WhatsApp” kimi xidmətlərindən birini ən azı ayda bir dəfə istifadə edib.

Müəllif: Elmir Murad