ABŞ-ın vaksin satan şirkətinin gəlirləri kəskin artacaq – Proqnoz

15:42 - 29.07.2021


29 iyul, Fineko/abc.az. ABŞ-ın əczaçılıq şirkəti Pfizer, Almaniyanın bio-texnologiya şirkəti BioNTech ilə inkişaf etdirdikləri yeni növ koronavirus (Covid-19) peyvəndindən bu il əldə edəcəkləri satış gəlirinə dair proqnozunu 26 milyard dollardan 33,5 milyard dollara qaldırıb.

ABC.AZ xəbər verir ki, Pfizer, may ayında peyvənd satışlarından bu il 26 milyard dollarlıq gəlir əldə etməyi nəzərdə tutduqlarını açıqlamışdı.

Şirkətdən verilən məlumata görə, Pfizerin bu ilin ikinci rübündə (aprel-iyun) əldə etdiyi gəlir keçən ilin eyni dövrü ilə müqayisədə 92% artaraq 19 milyard dollara çatıb.

Şirkətin keçən ilin eyni dövründə satışları 9,9 milyard dollar olaraq reallaşmışdı.

 

Bütün xəbərlər