330x110
 

Bakıdan İzmirə uçuşların sayı artırılır

29.07.2021,16:22


29 iyul, Fineko/abc.az. “Buta Airways” 30 iyul tarixindən etibarən Bakıdan Türkiyənin kurort şəhəri olan İzmirə xüsusi reyslərin sayını artırır.

ABC.AZ-ın məlumatına görə, yay uçuş cədvəli çərçivəsində, həftədə üç dəfə (çərşənbə, cümə və bazar günləri) Bakı-İzmir-Bakı istiqamətində yerinə yetirilən gündəlik reyslərə daha bir reys əlavə olunacaq.

Bununla da bu istiqamətdə reyslərin sayı həftədə 10 dəfəyə çatdırılacaq.

Ölkədə epidemioloji vəziyyətlə və məhdudiyyətlərin tətbiqi ilə əlaqədar aviaşirkət biletləri yalnız iki tarif - "Standart" və "Super" tarifləri üzrə təklif edir.