SOCAR İsveçrədə zavod tikir?

16:56 - 29.07.2021


29 iyul, Fineko/abc.az. SOCAR İsveçrənin enerji təminatında fəal iştirak edən iki şirkətlə birgə gücü 10 MVt-a qədər olan elektroliz zavodu layihəsində iştirak edəcək.

ABC.AZ oxu.az-a istinadən xəbər verir ki, Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Energy Switzerland” həmin zavodu İsveçrənin Avropada lider enerji istehsalçılarından biri olan “Alpiq” və ölkənin əsas enerji təminatçılarından olan “EW Höfe” ilə birgə Freinbax şəhərində 2022-ci ilin sonunda istismara verməyi planlaşdırır.

Zavodun tikintisi başa çatdıqdan sonra sıfır emissiya imkanı verən illik 1000-1200 ton arasında yaşıl hidrogen istehsal edəcək.

Eləcə də, bu sistem hazırda ölkədə qurulan regional istilik şəbəkəsinə daxil olacaq. Beləliklə, zavod ümumi səmərəlilik baxımından yeni standartlar müəyyənləşdirəcək və İsveçrənin iqlim dostu enerji təminatına mühüm töhfə verəcək.

 

Bütün xəbərlər