Ən çox ixrac həyata keçirən dövlət şirkətlərimiz - Siyahı

11:24 - 30.07.2021


30 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “İxrac icmalı”nın iyul sayı təqdim olunub.

ABC.AZ-ın məlumatına görə, sözügedən sayda qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısı verilib.

Siyahıya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra “Socar Polymer” MMC, "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azəripək" MMC, "Caspian Geo" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti gəlir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər