330x110
 

Altı ayda bu qədər ixracımız olub - Hesabat

30.07.2021,11:44


30 iyul, Fineko/abc.az. İlin ilk 6 ayı ərzində Azərbaycanın ixracının dəyəri 8.8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu statistik rəqəmlər “İxrac icmalı”nın iyul sayında təqdim olunub.

Sözügedən sayda qeyd olunub ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon dollar və ya 27.1 faiz artıb.

Cari dövrdə ixracatın əsas hərəkətverici amili neft sektoru olsa da, bərpa dönəmində qeyri-neft ixracı üzrə pay 13.2 faizə qədər artıb. Baxılan dövr ərzində adambaşına düşən qeyri-neft və qaz ixracında artım müşahidə edilib.

Belə ki, qeyri-neft və qaz ixracı üzrə 2017-ci ilin ilk 6 ayı üzrə ildə 82 dollar, 2018-ci ildə 94 dollar, 2019-cu ildə 97 dollar olub.

Pandemiya dönəmi ilə əlaqədar bu göstərici 91 dollara düşsə də, cari ilin ilk 6 ayında tarixdə ilk dəfə 116 dollar səviyyəsinə qalxıb.

Müəllif: Elmir Murad