Azərbaycandan ən çox məhsul alan ölkələr - Siyahı

12:18 - 30.07.2021


30 iyul, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyun ayları ərzində Rusiyaya 403,8 milyon, Türkiyəyə 309,5 milyon, İsveçrəyə 117,6 milyon, Gürcüstana 80,2 milyon və ABŞ-a 30,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

ABC.AZ xəbər verir ki, bu barədə “İxrac icmalı”nın iyul sayında qeyd olunub.

Bəhs olunan sayda 2021-cu ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (124.4 milyon ABŞ dolları) birinciliyə yüksəlib.

Bu siyahıda Türkiyə ikinci (54.5 milyon ABŞ dolları) və İsveçrə üçüncü (26.5 milyon ABŞ dolları) olub.

 

Bütün xəbərlər