Yol tikintisinə 5 milyon manatdan çox pul ayrıldı - Sərəncam

15:25 - 30.07.2021


30 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev iyulun 30-da İsmayıllı rayonunun Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi məqsədilə "2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

Bütün xəbərlər