Mərkəzi Bank tərəfindən makroiqtisadi çərçivə formalaşdırılır - Baş bankir

15:44 - 30.07.2021


30 iyul, Fineko/abc.az. Bu gün Mərkəzi Bankının sədri Elman Rüstəmov 2026-cı ilədək 1 ABŞ dollarının 1.70 manat səviyyəsində qala biləcəyinə işarə edib.

ABC.AZ-ın məlumatına görə, faiz dəhlizinin parametrlərinin ictimaiyyətə açıqlanmasına həsr olunmuş mətbuat konfransında Elman Rüstəmov bildirib.

O qeyd edib ki, 2021-2025-ci illəri əhatə edəcək yeni makroiqtisadi çərçivə formalaşdırılır.

E.Rüstəmov qeyd edib ki, bu çərçivəyə görə, Dollar/Manat məzənnəsinin həmin dövrdə 1.70 manatda saxlanılmasının təmin edilməsi hədəflənir.

“Biznes ictimaiyyəti və əhali üçün deyə bilərəm ki, hal-hazırda ortamüddətli 2021-2025-ci il strategiyası çərçivəsində Maliyyə Nazirliyi, Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən birlikdə yeni makroiqtisadi çərçivə formalaşdırılır" deyə o qeyd edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər