Agentlik 1 milyon manatlıq tender qalibini elan etdi

16:20 - 30.07.2021


30 iyul, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə dərman vasitələrinin satın alınması bağlı elan etdiyi tenderə yekun vurub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi “REFERANS PHARMACEUTICALS” MMC olub.

Qalib şirkətə 1.026924 manat ödəniləcək.

 

Bütün xəbərlər