Nazirlik 12 büdcə təşkilatında yoxlamalar apardı

17:11 - 30.07.2021


30 iyul, Fineko/abc.az. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2021-ci il üçün təsdiq olunmuş İş Planına uyğun olaraq Xidmətin mərkəzi aparatı bu ilin I yarısında 12 büdcə təşkilatına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb.

ABC.AZ-ın məlumatına görə, aparılmış nəzarət tədbirləri ilə aşkar olunan 693,5 min manat məbləğində artıq və əsassız ödənişlərin 173,2 min manatını yoxlamaların gedişində təqsirkar şəxslər bərpa edib.

Bir halda 2021-2022-ci illər üzrə tələb olunandan artıq proqnozlaşdırılmış vəsaitin 322,5 min manat məbləğində hissəsi azaldılaraq xərclənməsinin qarşısı alınıb.

Hesabat dövründə Xidmətin əməkdaşları prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 23 qurumda aparılan yoxlamalarla aşkar olunan 24 625,7 min manat məbləğində artıq və əsassız ödənişlərin 1 303,9 min manatının yoxlamaların gedişində təqsirkar şəxslərin hesabına bərpasını təmin edib.

 

Bütün xəbərlər