Azərbaycandan Türkiyəyə 4,7 mlrd kubmetr təbii qaz ixrac edilib

10:18 - 2.08.2021


2 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə təqribən 4,7 mlrd kubmetr təbii qaz ixrac edilib.

ABC.AZ Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına istinadən xəbər verir ki, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə bu müddətdə 2,7 milyard kubmetrdən çox qaz nəql olunub.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır.

 

Bütün xəbərlər