İqtisadiyyat Nazirliyi 9 mln manatlıq tender qalibini açıqladı

12:28 - 4.08.2021


4 avqust, Fineko/abc.az.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni AVİS 2 informasiya sisteminin yaradılmasının 3-cü mərhələsi (reliz 3) üzrə yeni platforma bazasında Bəyannamə, Kargüzarlıq, Şəxsi Hesab Vərəqəsi, Borclar, VÖEN altsistemlərinin əsas funksional bölmələrinin analiz edilməsi, proqramlaşdırması, təlimatların hazırlanması və təlimlərin keçirilməsi işlərinin yerinə yetirilməsi ilə bağlı elan etdiyi tenderə yekun vurub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi “Cybernet” MMC olub.

Qalib şirkətə 8.923821 manat ödəniləcək.

 

Bütün xəbərlər