14:18 - 4.08.2021
4 avqust, Fineko/abc.az. “Günay Sığorta” ASC 2021-ci ilin ilk yarımilliyini 554 min manat zərərlə başa vurub. Halbuki, ötən ilin eyni dövrünu 630 min manat mənfəətlə tamamlamışdır.
ABC.AZ banker.az-a istinadən xəbər verir , bu barədə sığorta şirkətin maliyyə hesabatında deyilir.
2021-ci ilin yanvar-iyun aylarında “Günay Sığorta”nın gəlirləri 4 milyon 922 min manat (illik müqayisədə 4.5% çox), xərcləri 5 milyon 477 min manat (39.5% çox) təşkil edib.
Bu il iyulun 1-nə “Günay Sığorta”nın aktivləri 14 milyon 966 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 7.2% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 15.3% azalaraq 6 milyon 769 min manata düşüb, balans kapitalı isə 0.7% artaraq 8 milyon 197 min manata çatıb.
Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmləri Yeganə Şirinovaya və Mahmud Məmmədova məxsusdur.
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
24 Aprel 2024