“Azərsu”-da İctimai Şuranın ilk iclası keçirilib

17:30 - 4.08.2021


4 avgust, Fineko/abc.az. “Azərsu” ASC yanında İctimai Şuranın ilk iclası keçirilib, iclasda Şuranın sədri, sədr müavinləri və katibi seçilib.

Bu barədə ABC.AZ-a Cəmiyyətdən məlumat verilib.

Məlumata görə, Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun prezidenti Rauf Zeyni Şuraya sədr, “Ekoloji Maarifçilik və Monitorinq” İcitmai Birliyinin sədri Qəmzə Yusubova, "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin sədri Mirzə Məmmədvəliyev və “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İcitmai Birliyinin sədri Tələt Qəribov müavinlər, “Beynəlxalq Hidroloji Proqram” İcitmai Birliyinin üzvü Aytən İmanova isə katib seçilib.

Seçkilərdən sonra İctimai Şuranın üzvləri ilə görüşən “Azərsu”yun sədr müavini Köçərli Həsənov sədr, müavin və katib seçilənləri təbrik edib, Şuranın işinə uğurlar arzulayıb. Şuranın “Azərsu” ilə ictimaiyyət və vətəndaşlar arasında körpü rolunu oynayacağını deyən K.Həsənov bildirib ki, su mənbələrinə, su təchizatı müəssisələrinə, laboratoriyalara səfərlər təşkil olunacaq, müştəri məmnunluğunun təmin olunması, şikayət və müraciətlərin həlli üçün birlikdə fəaliyyət göstəriləcək. Eyni zamanda İctimai Şuradan daxil olacaq təkliflər araşdırılaraq aidiyyatı üzrə qərarlar qəbul olunacaq.

 

Bütün xəbərlər