“Aqroservis”in xalis zərəri 18% azalıb

10:02 - 5.08.2021


5 avqust, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC 2020-ci ili 60,985 milyon manat xalis zərərlə başa vurub.

ABC.AZ report-a istinadla xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 18,1% azdır.

Ötən il “Aqroservis”in vergiyəqədərki zərəri 81,442 milyon manat (illik müqayisədə 3,75% çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 20,457 milyon manat (5,05 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Aqroservis”in aktivləri 770,772 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,3% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin 4,1% azalaraq 391,78 milyon manata düşüb, balans kapitalı isə 12,3% artaraq 378,992 milyon manata çatıb.

Xatırladaq ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin bazasında ötən il yaradılıb. Onun nizamnamə kapitalı 411,976 milyon manatdır.

Bütün xəbərlər