MIDA 265 min manatlıq tender qalibini açıqladı

10:58 - 5.08.2021


5 avqust, Fineko/ abc.az.”MİDA” MMC  Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2 ha ərazidə inşa olunacaq çoxmənzilli yaşayış binalarının tikinti layihəsinin hazırlanması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi “Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu” MMC olub.

Qalib şirkətə 265 min manat ödəniləcək.

 

Bütün xəbərlər