AzSığorta-nın yığımları azalıb – Hesabat

11:12 - 5.08.2021


5 avqust, Fineko/abc.az. 2020-ci illə müqayisədə 2021-ci ilin iyun ayında sığorta haqları azalmış sığorta şirkətlərindən biri də “AzSığorta” şirkətidir.

ABC.AZ banker.az-a istinadla xəbər verir ki, 2021-ci ilin iyun ayında “AzSığorta” şirkəti tərəfindən 5 milyon 680 min manat sığorta haqqı hesablanıb və bu da 2020-ci ilin eyni dövrüylə müqayisədə 13% azalma deməkdir. “AzSığorta” şirkəti 2020-ci ilin iyun ayında 6 milyon 519 min manat sığorta haqqı yığmışdır.

Sığorta haqlarının azaldığı bir ildə “AzSığorta” şirkətinin sığorta ödənişləri artıb. 2020-ci ilin iyununda 2 milyon 673 min manat təşkil etmiş sığorta ödənişləri 2021-ci ildə 4 milyon 123 min manata yüksəlib və yaxud 2 dəfə artıb.

 

Bütün xəbərlər