İran Prezidentinin andiçmə mərasimi keçirilib

09:54 - 6.08.2021


6 avqust, Fineko/abc.az. Avqustun 5-də İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimi keçirilib.

ABC.AZ xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti mərsasimdə iştirak edib.

İran İslam Şurası Məclisinin binasında keçirilən mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10-a yaxın ölkənin prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri və beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

 

Bütün xəbərlər