Neft bahalaşır, Brent bir barelə $71,44 təşkil edir

10:03 - 6.08.2021


6 avqust, Fineko/abc.az. Cümə günü ticarətində satılan etalon markaların qiymətləri bir qədər yüksəlir.

Saat 9:35-də London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi $0,15 (0,21%) bahalaşaraq bir barelə $71,44 təşkil edib. Avqustun 5-də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersi $0,91 (1,29%) artaraq bir barelə $71,29 təşkil edib.

Saat 9:35-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin sentyabr fyuçersinin qiyməti $0,11 (0,16%) artaraq bir barelə $69,20 təşkil edib. Avqustun 5-də baş tutmuş hərracların nəticələrinə görə, sentyabr ayına fyuçers $0,94 (1,38%) artaraq bir barelə $69,09 təşkil edib.

 

Bütün xəbərlər