"Azərsu" Şuşada su təchizatını yaxşılaşdıracaq şirkəti açıqlayıb

10:05 - 6.08.2021


6 avqust, Fineko/abc.az. "Azərsu" ASC dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində Şuşa şəhərinin içməli su təchizatında sabitliyin təmin olunması üçün mövcud qurğuların əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi "Protean Construction" MMC-dir.

Qalib şirkətə 8 631 265 manat ödəniləcək.

 

Bütün xəbərlər