Altı ayda “Şahdəniz” yatağından qaz hasilatı 6% artıb

15:05 - 6.08.2021


6 avqust, Fineko/abc.az. Bu ilin I yarısında “Şahdəniz” yatağında yerləşən “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 10 milyard standart kubmetr qaz və təqribən 1,9 milyon ton (15,1 milyon barel) kondensat hasil edilib.

ABC.AZ “BP-Azerbaijan” şirkətinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq təxminən 6% çox və eynidir.

Hazırda mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir. Bu isə illik müqayisədə 25% çoxdur.

 

Bütün xəbərlər