ARDNF AÇG-dən gəlirlərini artırıb

16:54 - 6.08.2021


6 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 2 903,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu isə  ötən ilin eyni dövrü ilə müqayisədə 418,2 milyon ABŞ dolları və yaxud 16,8 % çoxdur.

ABC.AZ Fonddan verilən məlumata istinadən xəbər verir ki, AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 152 308 milyon ABŞ dolları təşkil edib.

 

Bütün xəbərlər