Neft ucuzlaşır, Brent bir barelə $70-dən aşağı ticarət edilir

09:49 - 9.08.2021


6 avqust, Fineko/abc.az. Ötən həftənin yekunları üzrə xeyli düşmədən sonra, etalon markaların qiyməti bazar ertəsi ticarətində azalır.

Saat 9:10-da London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi $1,28 (1,81%) kəskin düşərək bir barelə $69,42 təşkil edib. Avqustun 6-da baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersi $0,59 (0,83%) enərək $70,70 təşkil edib.

Saat 9:10-da Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin sentyabr fyuçersinin qiyməti $1,34 (1,96%) düşərək bir barelə $66,94 təşkil edib. Avqustun 6-da baş tutmuş hərracların nəticələrinə görə, sentyabr ayına fyuçers $0,81 (1,17%) azalaraq bir barelə $68,28 təşkil edib.

Ötən həftə Brent markalı neft 6,25%, WTI isə 7,67% ucuzlaşıb.

Dünyada yanacağa tələbatın zəifləməsinə səbəb ola biləcək "Delta" koronavirusun yeni ştammının sürətlə yayılması ilə bağlı narahatlıq neft bazarına təsir edir.

 

Bütün xəbərlər