Azərbaycanda ilin ilk yarısında 13 mlrd. manatlıq neft-qaz hasil edilib

11:38 - 9.08.2021


9 avgust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13 329 536,2 min manat dəyərində neft və təbii qaz hasil edilib ki, bu da illik müqayisədə 38,7% çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 2020-ci ilin müvafiq dövründə ölkədə 9 613 055,9 min manat dəyərində neft-qaz hasil edilib.

Qeyd edək ki, 2020-ci ildə bu göstərici 19 275 157,4 min manat təşkil edib, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 34,1% azdır.

 

Bütün xəbərlər