11:55 - 9.08.2021
9 avgust, Fineko/abc.az. Binəqədi rayon Məhkəməsində "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
ABC.AZ xəbər verir ki, məhkəmənin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, "Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
9 yanvar 2021-ci il tarixdə Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024