Lukoil neft hasilatını azaldıb

15:48 - 9.08.2021


9 avqust, Fineko/abc.az. Bu ilin birinci yarısında Rusiyanın "Lukoil" şirkəti 38,2 mln. ton neft hasil edib ki, bu da illik müqayisədə 4,3% azdır.

ABC.AZ  apa-ya istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata  görə, hasilat üzrə göstəriciyə "Qərbi Kurna-2" (İraq) layihəsi üzrə istehsal edilən neft daxil deyil.

Qeyd olunur ki, hasilatında azalma dinamikası "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ilə əlaqədardır.

 

Bütün xəbərlər