Yarım ildə 41 mln manatdan çox ziyanın ödənilməsi təmin edilib

10:16 - 10.08.2021


10 avqust, Fineko/abc.az. Cari ilin I yarımili ərzində prokurorluq orqanlarında istintaq edilərək tamamlanan cinayət işləri üzrə 41 milyon 72 min 985 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.

ABC.AZ Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 41072985-dir.

Qeyd edikir ki, 2021-ci ilin I yarımili ərzində prokurorluq orqanlarında istintaq edilərək tamamlanan cinayət işləri üzrə 41 milyon 72 min 985 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.

 

Bütün xəbərlər