Bu il Gürcustana azərbaycanlıların səfəri azalıb

14:11 - 10.08.2021


10 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 37 602 nəfər səfər edib.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86,4 % azdır.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.

Qeyd olunur ki, 2021-ci ilin iyul ayında isə Azərbaycandan qonşu ölkəyə 8 397 nəfər yollanıb ki, bu da illik müqayisədə 4 373 nəfər və yaxud 2 dəfə çoxdur.

Hesabat ayında Gürcüstana səfər edən beynəlxalq ziyarətçilərin ümumi sayı 230 902 nəfər olub ki, bu da 1 il əvvələ nisbətən 5 dəfə çoxdur.

 

Bütün xəbərlər