Xəzər dənizində zəlzələ olub

10:45 - 3.04.2018


3 aprel, Fineko/abc.az. Aprelin 3-də Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verir ki, zəlzələ yerli vaxtla 01:25-də Xəzər dənizində baş verib.

“Zəlzələ 56 km dərinlikdə 3 bal gücündə qeydə alınıb və hiss olunmayıb”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər