Emil İsmayılov Avstraliyada BP şirkətinin vitse-prezidenti təyin olunub

10:46 - 3.04.2018


3 aprel, Fineko/abc.az. Azərbaycanlı Emil İsmayılov Avstraliyada BP şirkətinin vitse-prezidenti təyin edilib.

“BP-Azerbaijan” şirkətinin məlumatında deyilir ki, təyinatdan öncə, Emil İsmayılov  Azərbaycan, Gürcüstan və Türkiyə, həmçinin Şimali Afrika və Yaxın Şərq regionunda BP-nin planlaşdırma və kommersiya əməliyyatlarına rəhbərlik etmişdir.

“Yeni vitse-prezident 1 may 2018-ci il tarixində vəzifələrini icra etməyə başlayacaq və Avstraliya BP-nin bütün mədən biznesinə (kəşfiyyat və işlənmə) rəhbərlik edəcək, həmçinin BP-nin Asiya-Sakit okean regionu üzrə aparıcı qrupunun rəhbəri olacaq”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər