330x110
 

Fuad Nağıyev: Turistlərin gəlməsi aviabiletlərin qiymətlərindən asılıdır

10.08.2021,16:13


10 avqust, Fineko/abc.az. “Azərbaycana turistlərin gəlməsi viza rejimi ilə yanaşı aviabiletlərin qiymətlərindən asılıdır.”

ABC.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

F.Nağiyev bununla bağlı Azərbaycan İnvestisiya Holdinqinə (AİH) müraciət etdiyini qeyd edib.

“Hesab edirəm ki, qiymətlərin aşağı olması üçün rəqabət olmalıdır. Məsələn, hazırda AZAL İsrailin paytaxtı Təl-Əvivə uçuşlara başlayıb. Əgər ordan da hansısa aviaşirkət Bakıya reys açsa, artıq rəqabət formalaşacaq. Yaxın vaxtlarda bu məsələlərin həllini tapacağına ümid edirik. Aşağıbüdcəli aviaşirkətlərin ölkəyə gəlməsi müzakirə edilir. Amma onlar da elə-belə uçmur. Aviaşirkət təyyarə qaldırırsa, ilin sonuna hansısa formada subsidiya almalıdır. Yəni 50-100 dollara uçuş varsa, biz onun üçün subsidiya ödənilməsini də fikirləşməliyik”, - deyə o, qeyd edib.