Rasim Bağırov Naxçıvan MR DSMF-yə yeni sədr təyin edilib

16:41 - 10.08.2021


10 avgust, Fineko/abc.az. Əli Rüstəm oğlu Quliyev “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədri vəzifəsindən azad edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin digər fərmanı ilə Rasim Hüseynbala oğlu Bağırov “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədri təyin edilib.

 

Bütün xəbərlər