Dövlət büdcəsinin kənd təsərrüfatı xərcləri 15,7% azalıb

10:17 - 11.08.2021


11 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin kənd təsərrüfatı ilə bağlı xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz və ya 77 milyon manat azalaraq 412,7 milyon manat icra edilib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, kənd təsərrüfatı ilə bağlı xərclər 485,8 milyon manat proqnoza qarşı 85 faiz və ya 73,1 milyon manat kəsrlə icra edilərək illik proqnozun 43,8 faizini təşkil edib. Cari ilin yanvar-iyun aylarında kənd təsərrüfatı ilə bağlı xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar ayında çox, digər aylarda az icra edilib.

 

Bütün xəbərlər