Büdcənin mənzil və kommunal təsərrüfatı xərcləri azalıb

10:29 - 11.08.2021


11 avqust, Fineko/abc.az. Cari ilin I yarısında dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,6 % və ya 33,8 milyon manat azalaraq 73,1 milyon manat icra edilib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, mənzil və kommunal təsərrüfatı xərcləri 100,7 milyon manat proqnoza qarşı 72,7 % və ya 27,5 milyon manat kəsrlə icra edilərək illik proqnozun 27,8 %-ni təşkil edib. Cari ilin yanvar-iyun aylarında mənzil və kommunal təsərrüfatı xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə iyun ayında çox, digər aylarda az icra edilib.

Bütün xəbərlər