“A-Qrup” Sığorta Şirkətinə yeni təyinat olub

10:52 - 11.08.2021


11 avqust, Fineko/abc.az. “A-Qrup” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasına yeni üzv seçilib.

ABC.AZ xəbər verir ki, bu, Bayramov Anar Məhərrəm oğludur.

Xatırladaq ki, Anar Bayramov 2021-ci ilin aprelində Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri təyin edilmişdi. 2009-cu ildən 2021-ci ilin aprelinə qədər isə “A-Qrup” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri vəzifəsində çalışırdı.

Qeyd edək ki, “A-Qrup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

 

Bütün xəbərlər