“AzSığorta”-nın yığımları azalıb

11:27 - 11.08.2021


11 avgust, Fineko/abc.az. 2021-ci ilin iyun ayında “AzSığorta” şirkətinin sığorta haqqları 5 milyon 680 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% azalma deməkdir.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir, 2020-ci ilin müvafiq dövründə isə sığorta şirkətinin yığımları 6 milyon 519 min manat təşkil edib.

Qeyd edək ki, “Azsığorta” 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 20.3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova məxsusdur.

 

Bütün xəbərlər