Dövlət büdcəsinin iqtisadi fəaliyyət xərcləri azalıb

11:58 - 11.08.2021


11 avgust, Fineko/abc.az. Cari ilin I yarısında dövlət büdcəsinin iqtisadi fəaliyyət xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,4 % və ya 528,6 milyon manat azalaraq 1 milyard 473,1 milyon manat icra edilib.

ABC.AZ Maliyyə Nazirliyinin hesabatına istinadla xəbər verir ki, iqtisadi fəaliyyət xərcləri 1 milyard 580,3 milyon manat proqnoza qarşı 93,2 % və ya 107,2 milyon manat kəsrlə icra edilərək illik proqnozun 24,8 %-ni təşkil edib.

Cari ilin yanvar-iyun aylarında iqtisadi fəaliyyət xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə aprel və iyun ayında çox, digər aylarda az icra edilib.

 

Bütün xəbərlər